İdxal və logistika xidmətləri
Qlobal ticarət əlaqələrinin genişləndiyi müasir dövrdə xarici ticarət işlərində peşəkar dəstək mühüm əhəmiyyət daşıyır. Xarici ölkələrdən, xüsusilə Çindən, məhsulların tapılması, daşınması (logistika xidmətləri), idxal və ixrac proseslərinin düzgün təşkili biznesinizin rəqabət gücünü artırmaq üçün vacibdir. Bu proseslərin hər mərhələsində dəqiqlik, operativlik və etibarlılıq əsas şərtlərdən biridir.
Baku Import Trade sizə xarici ticarət üzrə tam xidmətlər təklif edir. Çindən və digər xarici ölkələrdən məhsulların seçilməsi, etibarlı tərəfdaşlarla əlaqələrin qurulması, daşınmanın planlaşdırılması (yüklərin bir məntəqədə toplanması, anbar və yükləmə xidmətləri), logistika (dəmir yolu, hava və dəniz nəqliyyatı ilə), yüklərin sığortalanması və idxal prosesinin qanunvericiliyə uyğun həyata keçirilməsi xidmətlərimizə daxildir. Bizim məqsədimiz, müştərilərimizə sərfəli və keyfiyyətli həllər təqdim edərək, onların işini asanlaşdırmaqdır. Vaxtınıza qənaət edin, riskləri minimuma endirin və biznesinizi yeni zirvələrə qaldırın!